21:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Rusiyadan ABŞ-yə gələn məhsulları əvəz edə bilər. Biz ABŞ-ni uranla tam təmin etməyə hazırıq.

Teleqraf.com xəbər verir ki, bunu Kanadanın Vaşinqtondakı səfiri Kirsten Hillman Amerika lideri Donald Trampın Ottavaya qarşı tariflər tətbiqini şərh edərkən deyib.

"ABŞ-yə Uranın üçdə biri Kanadadan, bir hissəsi isə Rusiyadan gəlir. Niyə? Niyə bütün uranı Kanadadan almayaq? Atdığımız addımlar yaxşı əlaqələrimizin qırılmasına gətirib çıxaracaq", səfir "ABC News"a müsahibəsində deyib .

Hillman həmçinin digər enerji sektorlarında Kanada-ABŞ əməkdaşlığının gücləndirilməsini, o cümlədən Ottavanın ABŞ-a neft və su elektrik enerjisi tədarükünün artırılmasını təklif edib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Kanada, Çin və Meksikadan gələn mallara gömrük rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb . Sənədə əsasən, Meksika və Kanadadan idxala 25% (Kanada enerji resurslarına 10%) rüsum qoyulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər