Dünyanın ən varlı adamı, amerikalı milyarder İlon Mask keçən il ABŞ-nin yeni Prezidenti Donald Tramp və müttəfiqlərini dəstəkləmək üçün 290 milyon dollardan çox pul xərcləyib.
Teleqraf.com xəbər verir ki, bu, Maskın 2024-cü ilin son beş həftəsini əhatə edən ABŞ Federal Seçki Komissiyasına yeni sənədlər təqdim etməsindən sonra üzə çıxıb.
Dekabr ayında açıqlanan əvvəlki sənədlərdə Maskın xərcləri 250 milyon dollardan çox olub.
Həmçinin iş adamının son sənədləri onun PAC-a (ABŞ Siyasi Fəaliyyət Komitəsi) Yeni il ərəfəsində “petisiya təşviqləri” üçün 11 milyon dollardan çox pul yatırdığını göstərən qeydləri də əhatə edir.
CNN xəbər verir ki, Maskın ilsonu töhfələri prezidentlik yarışının son həftələrində PAC-ın saytında petisiya imzalamaq üçün qeydiyyatdan keçmiş seçicilərə 1 milyon dollarlıq hədiyyə ilə bağlı olub.