Panama hökuməti Çinlə "Vahid qurşaq - vahid yol" qarşılıqlı anlaşma barədə memorandumunu uzatmaqdan imtina etdi.
Teleqraf.com xəbər verir ki, bu barədə açıqlamanı Panama prezidenti Xose Rauil Mulino verib.
Prezident ANŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio ilə görüşündən sonra belə bəyan edib.
Rubio görüşdə Panama rəhbərinə açıq şəkildə bildirib ki, ABŞ prezidenti Panama kanalı ilə bağlı status-kvonu qorumaq niyyətində deyil, çünki regionda Çinin nüfuzu artmaqdadır.
Danışıqlardan sonra Mulino mövqeyindən çəkilməli olub və deyib ki, Panama hökuməti Çinlə arasındakı qarşılıqlı anlaşma barədə memorandumun müddətini uzatmayacaq.