16:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tərəflərin razılığı olmadan məntəqədə çəkiliş aparmaq olmaz".

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

“Bizim iclasımızda məntəqələrdə çəkiliş aparılmasının qadağan olunacağı deyilməyib. “Azərbaycan” qəzetində, ayrı-ayrı saytlarda belə xəbərlər yazılıb. Mən bildirmişəm ki, kim istəmirsə, kadra düşməsin - onu çəkmək olmaz.
Məntəqədə heç bir çəkiliş aparmaq olmaz deyə bir fikir səslənməyib. Biz qanunu nöqtə vergülünə qədər əməl etməyə çalışırıq”,- sədr belə söyləyib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər