Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılığa gəlmək istəyirsə, güzəştə getməli olacaqlar.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Ukrayna Prezidenti Volodimir Zelenski artıq açıq şəkildə bəyan edib ki, ərazilərlə bağlı mövqeyini yumşaldacaq. Putin də mövqelərini yumşaltmalı olacaq. Nəhayət yaxın gələcəkdə onlarla müzakirələrimiz olacaq. Bu, hər iki tərəf üçün yaxşıdır”, - Amerika rəsmisi bildirib.