16:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəripək” MMC 2024-cü ilin yanvar-dekabr aylarında 588 min dollar dəyərində məhsul ixrac edib.

Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, bu statistika MMC-nin ötən ilin yanvar-noyabr ayları üzrə göstəricisi ilə eyni olub. Bu isə o deməkdir ki, “Azəripək” dekabrda ixrac reallaşdırmayıb.

Qeyd edək ki, şirkət 2023-cü ildə 1,7 milyon dollar dəyərində məhsul ixrac etmişdi. Beləliklə 2024-cü ildəAzəripək” in ixracı 1,1 milyon dollar və ya 2,9 dəfə azalıb.

Xatırladaq ki, “Azəripək” MMC-nin daxil olduğu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. ASC-nin tərkibindəki üç müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Digər beş müəssisə, o cümlədən “Azəripək” MMC ilə bağlı heç bir qərar yoxdur.

Onu da qeyd edək ki, “Azəripək” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər