11:31
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İran və Şimali Koreya ilə müttəfiqliyini rəsmən gücləndirib, bu, ABŞ üçün birbaşa təhdiddir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, bu ölkələr əvvəllər silah və texnologiya sahəsində əməkdaşlıq edərkən, indi Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulublar.

“Rusiya onilliklər ərzində ilk dəfə olaraq, İran və Şimali Koreyanı müharibəyə cəlb etməklə onlarla müttəfiq olduğunu göstərdi. Bu gündən Şimali Koreya, Rusiya və İran Ukrayna və ümumilikdə Qərbə qarşı ittifaq yaradır. Bu, əslində ABŞ-yə qarşı ittifaqdır və çox təhlükəli ittifaqdır”, - Zelenski bildirib.

Ukrayna lideri üç ölkənin hərbi əməkdaşlığı gücləndirdiyini və silah istehsalını artırmaq üçün müdafiə sənayesini səmərəli şəkildə inteqrasiya etdiyini vurğulayıb:

“Bu üç ölkə, nüvə gücləri olmaqla yanaşı, aqressiv ölkələrdir, onlar sülh tərəfdarı deyillər. İndi birləşiblər və strateji tərəfdaşdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər