09:22
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın nəqliyyat naziri Co Haylen həftəsonu tətili zamanı nahar üçün hökumət tərəfindən verilən xidməti avtomobilindən istifadə etdiyi ortaya çıxandan sonra kəskin tənqidlərə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, rəsmi resurslardan şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunan Haylen üzr istəməyə məcbur olub.

Səhv qərar verdiyini etiraf edən nazir deyib: “Səhv etdim, buna görə üzr istəyirəm. Heç kim mükəmməl deyil. Şəxsi avtomobilimi çağırmalıydım”.

Haylen istefaya çağırılıb, Avstraliya hökuməti isə hadisədən sonra dövlət məmurlarının rəsmi avtomobillərdən istifadəsinə daha sərt nəzarət tətbiq edəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər