14:40
263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin prezidentliyə namizədin müəyyənləşdirilməsi ilə bağlı yol xəritəsini açıqlaması partiya daxilində gərginliyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, potensial namizədlərdən biri olan Ankara bələdiyyəsinin sədri Mansur Yavaş narazılığını nümayiş etdirib.

“Namizəd irəli sürmək hələ tezdir. Seçki tarixi müəyyən edilməyib, o vaxta qədər Türkiyədə çox şey dəyişiləcək”, - Yavaş vurğulayıb.

CHP lideri ötən həftə partiyanın parlament fraksiyasının iclasında prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün yol xəritəsini açıqlayıb:

“Bu gün başlayırıq. Bunu prezidentliyə namizədini müəyyən etmək istədiyini deyən hər kəsə deyirəm. Bu gün birinci gündür. Rəsmi açıqlama verildikdən və tarix müəyyənləşdikdən sonra gələnlər artıq səs verə bilməyəcəklər. Cümhuriyyətin ikinci əsrinin ilk seçkilərində Qazi Mustafa Kamal Atatürkün partiyasını hakimiyyətə gətirəcək növbəti prezidenti seçməyə hazırsınızmı? Sizi atanızın evində gözləyirik. Partiyada qeydiyyatdan keçən hər kəs prezident seçkilərində səs verə biləcək. Bütün Türkiyəni dəvət edirik, yola çıxırıq”.

Özəlin səs-küylü açıqlaması siyasi meydanı xeyli qarışdırıb, bundan sonra İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yolunu açacağı yönündə iddialar ortaya atılıb. Mansur Yavaşın Özəlin açıqlamasından məmnun olmadığı bildirilib.

Xatırladaq ki, erkən seçkilər olmasa, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər