2 Fevral 2021 10:00
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.

Yanvarın 31-də Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər