16 Oktyabr 2021 11:44
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri və yerli media nümayəndələrinin işğaldan azad edilən ərazilərə növbəti səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti hazırda Tərtər rayonunun Talış kəndindədir.

Diplomatları və media təmsilçilərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir.

Səfər iştirakçıları Talışdan sonra Suqovuşan qəsəbəsinə gedəcəklər.

* * *

08:25

Oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi iə baş tutacaq səfərdə Suqovuşan və Talış kəndləri ilə tanışlıq nəzərdə tutulur.


Müəllif: Teleqraf.com