27 May 2022 12:25
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paris meri Xankəndiyə gələrsə, Azərbaycanın təhlükəsizlik orqanları onu Laçın dəhlizində həbs etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Fransanın Paris şəhərinin meri Ann İdalqonun Ermənistana səfərinə diqqət çəkib:

“Paris meri Xankəndinə gələrsə, elə Laçın yolunda həbs edilməlidir.

Paris meri Ann İdalqo Ermənistana səfərə gəlib. Qeyd edim ki, İdalqo Qarabağdakı separatçıların “müstəqilliyini” tanımaq istəyir. İstisna etmirəm ki, o, Xankəndinə də gəlmək istəyir. Hər halda Paris merinin İrəvana gəlməsində Fransadakı erməni lobbisinin böyük rolu var. Onun İrəvandan Azərbaycan əleyhinə, xüsusilə də iki ölkə arasında başlayan normallaşma prosesinə zərbə vuran açıqlamaları olacaq. Əvvəllər də belə fikirlər səsləndirib.

Paris merinin Ermənistan səfəri diqqətdə saxlanılmalı, Bakı onun Qarabağa qanunsuz girişinin qarşısını vaxtında almalıdır. Bu, ermenilərin Azərbaycana qarşı növbəti təxribatıdır. Hesab edirəm ki, ehtimal olunan bu gəlişin qarşısı alınmasa və sərt mövqe sərgilənməsə, ermənilər növbəti belə səfərləri təşkil etməyə cəhdlər göstərəcəklər. Fransalı merin Xankəndinə gələrək, bizim ərazilərimizdən Azərbaycan əleyhinə mövqe ortaya qoyması bizim üçün qəbuledilməzdir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Anna İdalqo Xankəndinə gələrsə, Azərbaycanın təhlükəsizlik orqanları onu Laçın dəhlizində həbs etməlidir:

“Hesab edirəm ki, yeni Laçın yolu istifadəyə verildikdən sonra ermenilərin bu təxribatçı və təhrikedici oyunlarına da son veriləcək. Təbii ki, həmin yeni yolda Azərbaycanın sərhəd postu olduqdan sonra”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər