3 Avqust 2022 19:25
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

"Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür", - Müdafiə Nazirliyi vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər