Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən fasiləsiz dinc aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır.
Teleqraf.com xəbər verir ki, ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Monitorinq qrupuna şəraitin yaradılmaması aksiya iştirakçılarını təbii ki, qane edə bilməzdi və onlar tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər.
Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.
Dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.