3 Mart 2023 14:45
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı, onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert erməni iş adamının Azərbaycana qarşı separatçı fəaliyyətlərinə diqqət çəkib:

“Dövlət naziri vəzifəsi”ndən uzaqlaşdırılan Ruben Vardanyan Qarabağı tərk etmək istəmir. Əksinə, “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirməyi planlaşdırır. Vardanyan Azərbaycana qarşı mübarizəsini davam etdirəcəyini bildirib. Qarabağda “sosial sahəyə, təhsilə və mülki müdafiə sistemi”nin təkmilləşməsinə dəstək verəcəyini söyləyən Vardanyan bölgəyə gəldiyi gündən bu yana haqqında danışdığı fəaliyyətlərə 4 milyon dollar xərcləyib.

Beləliklə, Vardanyan yenidən hamıya mesaj verir ki, Qarabağda müxtəlif “layihə”ləri reallaşdırmaqda davam edəcək.

Separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı, onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir. Bəs bu qorxu separatçılara Vardanyanı bölgəni tərk etməsi üçün kifayət edəcəkmi?

Vardanyan əvvəlki kimi Azərbaycana qarşı təhlükə mənbəyidir. Onun maliyyəsiylə bölgəyə silah-sursat daşınması istisna deyil. Üstəgəl, dünyanın müxtəlif ölkələrində yaşayan imkanlı ermənilərdən bir qismini bölgədə yerləşməyə dəvət edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər