6 Sentyabr 2023 10:35
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.

Bu barədə Teleqraf.com-a Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.

Təkrar emal nəticəsində tikintidə istifadə olunabilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.

Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin, təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.

Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə qənaət ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər