25 Aprel 2017 14:00
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadə yeni sərgisinə hazırlaşır. “Qədim Bakı” (“Old Baku”) adlanacaq sərginin təşkili ilin sonuna planlaşdırılır.

Bu barədə Teleqraf.com-a Bəhram Bağırzadə deyib. Onun sözlərinə görə, “1969” qaleriyasında sərgilənən “Art- boks” sərgisi isə mayın ortalarına kimi davam edəcək:

“Bu, mənim yeddinci fərdi sərgimdir. Aprelin əvvəli sərgimi açıq elan etdim və hələ də davam edir. Sevinirəm ki, sərginin açılış günündə 620 nəfər iştirak edirdi. Mənim sərgimə “Neftçi”nin oyunundan daha çox azarkeş gəlmişdi.

İndiyə qədər 4200 adam sərgimə baş çəkib, 145 işdən bir gün ərzində 70 faizi satılıb. Rəssam üçün də bu, çox gözəl göstəricidir. Ən çox ona sevinirəm ki, sərgiyə Bakının mərkəzindəki məktəblərin şagirdləri, tələbələri gəlir və özləri üçün nəsə əxz edirlər”.

O, həmçinin qeyd edib ki, sərgidən əldə olunan gəlirin müəyyən hissəsi 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olan şəhid Samir Kaçayevin ailəsinə təqdim olunacaq: “Samir Kaçayevin ailəsi ilə danışmışam. KVN konsertlərindən sonra Şamaxıya gedərək onları ziyarət edəcəm”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər