26 May 2017 14:56
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gənc aşıqların ikinci müsabiqəsinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, mayın 20-dən 25-dək davam edən müsabiqə Gədəbəy, Şəmkir, Qazax, Tovuz bölgələrini əhatə edib.

Beş gün müddətində həmin bölgələrdən olan gənc istedadlı aşıqlar seçilib. Aşıqlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihənin rəhbəri əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməzdir.

Gənc aşıqların müsabiqəsində birinci yerə Kərəm Vəliyev, ikinci yerə Vüqar Qurbanov, üçüncü yerə Coşqun Rəhimov layiq görülüb. Qaliblərə pul mükafatları təqdim edilib. İştirakçılar arasında həvəsləndirici mükafata layiq görülənlər də olub. Onlar Ariz Məhərrəmov, Rövşən Məmmədov və Samir Allahverdiyevdir. Həvəsləndirici mükafat kimi həmin gənc aşıqlara saz hədiyyə edilib.

Müsabiqənin yekununda Gədəbəydə konsert proqramı keçirilib. Yekun konsert 28 May Respublika Gününə həsr edilib.


Müəllif: Nərmin

Oxşar xəbərlər