16 Mart 2019 20:30
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev xalq artisti Əjdər Həmidova 3 otaqlı mənzil hədiyyə edib.

Kult.az xəbər verir ki, xalq artisti Əjdər Həmidov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyev bayramqabağı imzaladığı bütün fərman və sərəncamlarla sənət adamlarını sevindirib.

“Cənab Prezident şəxsən mənə Bakı şəhərinin 9-cu mikrorayon ərazisində 3 otaqlı mənzil hədiyyə edib. Buna görə də cənab Prezidentə sənət adamları və öz adımdan təşəkkürümü bildirirəm. Ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın bayramını təbrik edirəm”, - deyə xalq artisti bildirib.


Müəllif: Teleqraf.com