Yenidən məscid statusu alan İstanbulda yerləşən Ayasofya Bizansın “qızıl əsri”nin simvoludur.
916 il kilsə olaraq fəaliyyət göstərən tikili 1453-cü ildə türklərin şəhəri fəth etməsindən sonra 482 il məscid kimi insanlara xidmət edib. Atatürkün əmri və Nazirlər Kabinetinin qərarı ilə tikili 1935-ci ildən etibarən muzey kimi fəaliyyət göstərib.
İnşasına 532-ci ildə başlanan Ayasofyanın tikintisi üçün Efesdəki Diana məbədindən qırmızı porfir sütunlardan səkkiz ədəd gətirilib. Bundan başqa Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı rəngli, Siqadan çəhrayı, cənub-qərbi Anadoludan ağ qırmızı mərmər gətirilərək tikintidə istifadə edilib. İnşaat gündə min usta və on min işçinin gücü hesabına 5 il 11 ay 10 günə başa çatıb.
Ayasofya müxtəlif dövrlərdə böyük təhlükələrlə qarşılaşıb, hündürlüyü 55,60 metr, eni 31,36 metr olan dövrün möcüzəsi kimi qiymətləndirilən qübbəsi genişliyi 1,1 metr olan 40 dirəyə söykənib. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır.
Ayasofya muzeyi Sultanəhməd meydanını dövrəyə alan Sultanəhməd məscidi, Yerəbatan qəsri, Aya İrini kilsəsi, III Əhməd çeşməsi, Soyuq Çeşmə küçəsi arasında yerləşir. Ayasofya ətrafında aparılmış qazıntı işləri zamanı tapılmış Bizans sütunlarından nümunələr nümayiş etdirilən bağçadan keçib tikiliyə daxil olanları qapı üzərində görkəmli mozaikalar qarşılayır. Sola ayrılan daş döşəməli döngələr isə ziyarətçiləri üstədəki qalereyaya aparır. Üst mərtəbənin sol tərəfində irəliləyənlər sərgi bölməsini, Ayasofya qübbəsindən özülünə doğru ana məkanı seyr etmək imkanı əldə edir. Burada Mustafa İzzət xətti Allah, həzrəti Məhəmməd, həzrəti Osman, həzrəti Əbubəkr, həzrəti Ömər, həzrəti Həsən, həzrəti Hüseyn lövhələri daha yaxından görünür. Üst qalereya çıxışının sağ tərəfində gəzməyə davam edənlər tavanı bəzənmiş uzun bir dəhlizdə irəliləyərək Cənub qalereyasında yerləşən Mərmər qapıya gəlib çıxırlar. Bu qapı girişinin sağında tavana yaxın bölmədə Deisis mozaikası var. Pəncərəyə yaxın bölmədə latın mənşəli komandir “Henrikus Dandol”nın məzarı yerləşir. Cənub qalereyasının sonundakı divarda Məryəm, balaca İsa, imperator İoannes və imperatriça Eirene (12-ci yüz il) mozaikası, Şimal qalereyasında imperator İskəndərin mozaikası var.
Teleqraf.com Ayasofyadan fotoları təqdim edir: