“Yanvar ayına qədər Dağlıq Qarabağda əməliyyatlar yenidən başlaya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Orxan Qafarlı deyib.
Ekspert cəbhə bölgəsindəki son gəlişmələrə diqqət çəkib:
“Son əməliyyatlardan qazanan tərəf Rusiya və Azərbaycan, uduzan isə Ermənistandır. Dünən Moskvadakı görüşün bu qədər uzun çəkməsinin səbəbi cəbhə xəttinin yenidən müəyyən edilməsi ilə bağlı olduğunu düşünürəm. Bu məsələdə anlaşma olmadı. Amma elan edilən atəşkəs mətnində Minsk qrupunun baza prinsipləri çərçivəsində substantiv danışıqların davam etdirilməsi və sülh vurğusu var.
Azərbaycanın məğlub olduğunu deyənlər yanlış düşünürlər. Uduzmadı, amma savaşın da o qədər asan olmadığı göründü. Önəmli strateji yüksəkliklər və kəndlər azad edildi. Ümumilikdə işğaldan azad edilmiş ərazilər təxminən iki rayon deməkdir.
Mən atəşkəsin təkrar pozulacağını düşünürəm. Tramp getmədən – yanvara qədər savaşın başlayacağını ehtimal edirəm”.