Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli TƏBİB-ə səslənib.
Teleqraf.com xəbər verir ki, o, teatrların fəaliyyətinin bərpasını istəyib: "Bu gün brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb-maraqlanmadığını, sevib-sevmədiyini bilmirəm. Soruşanda deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə cox insanın vaxtı, marağı yoxdur. Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var.
Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu teatr sənətinin məhvi olacaq. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz da bu mümkün deyil.
Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm ki, TƏBİB bunları nəzərə alacaq. Teatrlar açılsın!"