13 Avqust 2016 14:21
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraİtinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-nin Milli Hidrometereologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.


Müəllif:

Oxşar xəbərlər