Çində yaşayan qadın 17 aydır hamilə olduğunu və həkimlərin qeysəriyyə əməliyyatına icazə vermədiklərini iddia edir.
Teleqraf.com xəbər verir ki, Çin mediasına müsahibə verən qadının sözlərinə görə, onun doğuş vaxtı əslində 2015-ci ilin noyabr ayı idi.
Vanq Şi ona heç kimin inanmadığını söyləyir. O, dediklərini xəstəxana sənədləriylə sübut etməli olub. Həkimlərin dediyinə görə isə körpə hazırda 38 həftəlikdir və hər şey normaldır.
Qadın və əri nə olursa-olsun, gələn ay doğuşun baş tutacağını bildiriblər. Şinin iddiaları doğru olarsa, ən uzun hamiləlik yaşayan qadın kimi tarixə düşəcək.
Bundan əvvəl 1945-ci ildə Biulah Hunter adlı qadın 375 gün davam edən hamiləlik dövrü keçirmişdi.
Sevinc