Tanınmış Azərbaycan əsilli Ukrayna futbolçusu Aleksandr Əliyev bu gün boşandı.
Bu barədə onun keçmiş həyat yoldaşı Tatyana Əliyeva açıqlama verib .
Qeyd edək ki, Ukrayna və Rusiyanın müxtəlif KİV-də Əliyev həyat yoldaşını döyməkdə ittiham edilib və məhz bu səbəbdən, rəsmi olaraq, iki dəfə (bu ilin fevral və aprel aylarında) ona qarşı cinayət işi açılıb. Artıq boşandıqlarını qeyd edən Tatyana Əliyevə sosial şəbəkələrdə bu xəbəri yayarkən, sevincini gizlətməyib “Bir çoxları üçün ən xoşbəxt gün əvıəndiyi gün olduğu halda, mənim üçün boşandığım gün xoşbəxt gündür” yazan Tatyana, onu dəstəkləyənlərə minnətdarlığını bildirib.
Xatırladaq ki, 31 yaşlı yarımmüdafiyyəçi Aleksandr Əliyev Kiyevin “Dinamo” , Moskvanın “Lokomotiv” və Maxaçkalanın “Anji” kimi klublarında çıxışıları ilə və möhtəşəm cərimə zərbələrinin ifası ilə yadda qalıb. Ukrayna millisində 28 oyun keçirərək 6 dəfə fərqlənib.
\ATV.az\