"Mercedes-Benz" yeni "Alroad" təqdim edib.
Bu, universal "E-Class Estate"in bazasında yığılıb. "All-Terrain" adlanan tamötürücülü avtomobil kütlə qarşısına sentyabrın 29-da Paris avtosalonunda çıxacaq. Avropalı dilerlər yeniliyi 2017-ci ilin birinci rübündə əldə edə biləcəklər.
Teleqraf.com auto.az-a istinadən bildirir ki, yeni "All-Terrain" standart universal "E-Class"-dan təkər arkalarında, kandarlarda və bamperlərdə plastik qoruyucu ilə fərqlənir. Yeniliyi baza versiyada 19-düymlük təkər diskləri ilə təchiz ediblər. O, pnevmo asılqan "Air Body Control" ilə təchiz edilir ki, onun sayəsində klirensi 121- 156 mm arasında dəyişmək olur. Ban sürət 30 km/saat olanadək hündür vəziyyətdə dayanacaq, bu limiti ötəndən sonra asılqan standart vəziyyətə qayıdır.
"Mercedes E-Class All-Terrain" satışa, həmçinin dizel mühərriklə çıxacaq. Söhbət 2,0-litrlik (194 a.g., 400 Nm fırlanma anı) mühərrikdən gedir. Universal 5 iş rejimi olan tam ötürücülü "4Matic" sistemi ilə təchiz edilir. Mühərrik 9-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.