5 Oktyabr 2016 08:05
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Forbes" jurnalı dünyanın ən varlı insanlarının siyahısını açıqlayıb. Teleqraf.com xəbər verrir ki, "Microsoft" şirkətinin təsisçisi Bill Qeyts 23-cü dəfə dünyanın ən varlı 400 adamı siyahısında birinci yerdə qərarlaşıb.

Onun sərvəti 81 milyard dollar civarındadır.

İkinci yeri 67 milyard dollarla "Amazon.com"un rəhbəri sahib olan Cef Bezos tutur.

Üçüncü pillədə isə "Bekshire Hathaway"in direktoru 65,5 milyarda malik olan Uorren Baffet qərarlaşıb.

Mark Zukerberq 5-ci yerdədir. Onun sərvəti 55,5 milyard dollarla ölçülür.


Müəllif: