Türkiyədə ana 18 günlük körpəsini öldürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Amasyada baş verib. 20 yaşlı Ayşə İ. həyat yoldaşı Nuhun evdə olmadı vaxtda Elif adlı körpəsini divara vuraraq, öldürüb.
Məlumatlara görə, hadisəyə səbəb körpənin durmadan ağlaması olub. Araşdırmalar zamanı 3 ildir evli olan cütlüyün ötən il doğulan uşağının da 2 həftədən sonra öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Elvin