Xərçəngdən xilas olan aktrisa, aparıcı Zümrüd Qasımova bu xəstəlikdən əziyyət çəkənlərə dəstək olmaq üçün sosial şəbəkədə videogörüntü paylaşıb.
Oxu.az xəbər verir ki, o, paylaşımında 6 il əvvəl xərçəng xəstəliyinə qalib gəldiyini qeyd edib.
“Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu görüntüdə 6 dəfə kimyəvi terapiya qəbul etmişdim. Arıqlayıb 47 kiloqram olmuşdum. Saçlarım və qaşlarım tamamilə tökülmüşdü. Buna baxmayaraq, yeni paltar tikdirmişdim ki, zövqlü görünüm. Başıma da bandana bağlamışdım ki, saçlarımın yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım, rəqs edirdim. Xəstəliyimin acığına... Yaşadım! Bu xəstəlikdən əziyyət çəkən hər kəsə şəfa diləyirəm. Həyat gözəldir”, - deyə Z.Qasımova sosial şəbəkədə yazıb.
.