“Google” şirkəti tezliklə “iPhone” smartfonunda işləyən “Chrome” brauzeri üçün yeniləmə çıxaracaq və bundan sonra “QR” kodlarının oxunması funksiyası mümkün olacaq.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, əvvəllər belə imkan yalnız “Android” istifadəçiləri üçün əlçatan idi. "Alma" şirkətinin smartfonlarında bu funksiya yox idi.
Sözügedən funksiyanı aktivləşdirmək üçün istifadəçi barmağını brauzerin ikonkası üzərində saxlamalı və bundan sonra açılan menyudan skaner kodlarını seçməlidir. Funksiyanı aktivləşdirmək üçün daha bir variant axtarış sətrində "QR" yığmaqdır.
İstifadəçi “QR” kodu skan etdikdə brauzer onu kod daxilində şifrlənmiş xüsusi istinad üzrə yönləndirəcək. Əgər istifadəçi ştrix kodu skan edirsə, o zaman “Chrome” həmin məhsul haqda qiymət və rəyləri göstərir.