Fransanın “Milli cəbhə” partiyasının lideri, ifrat sağçı Marin Le Pen Livana səfər edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfəri çərçivəsində Livan prezidenti Mişel Avn, Baş nazir Saad Hariri və xarici işlər naziri Cibran Basil ilə görüşüb.
Le Penin növbəti görüşü Livan müftisi Əbdüllətif Deryan ilə planlaşdırılmışdı. Ancaq bu görüş baş tutmayıb. Buna səbəb fransalı diplomat qadının Deryan ilə görüş zamanı hicab taxmaqdan imtina etməsi olub.
O anlar kameralara tuş gəlib. Hicabı görən qadın geri çevrilib və tələsik binanı tərk edib.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir