27 Fevral 2017 23:58
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

1872-ci ilin mayın 2-də “Meri Selest” gəmisi kapitan Benjamin Briqsin komandası ilə dəniz səyahətinə çıxdı. Gəmi hadisədən bir neçə ay sonra - dekabrın 4-də başqa bir gəminin ekipajı tərəfindən dənizin ortasında tapıldı. Gəmidəki gördükləri mənzərə dənizçiləri heyrətləndirdi.

Kult.az xəbər verir ki, bu ifadələr Yutub paylaşım kanalında yayımlanan “Dünyanın açıqlanmayan ən əsrarəngiz olayı – “Meri Selest” adlı videodandır. Videoda qeyri-adi bir formada dənizin ortasında tapılan “Meri Selest” gəmisi haqda məlumat verilir.

Gəmi əslində 1861-ci ildə inşa edilib və ilk adı "Amazon" olub. Gəminin ilk kapitanı Robert Maklelan təyinatından doqquz gün sonra, səfər zamanı qəfildən vəfat edib.

İkinci kapitan Con Nutinq Parker balıqçı qayığı ilə toqquşması nəticəsində gəmini təmir tərsanəsinə aparmalı olur. Tərsanədə olarkən gəmidə məlum olmayan səbəbdən yanğın baş verir.

1867-ci ildə Yeni Şotlandiya əyaləti yaxınlarından keçərkən gəmi şiddətli fırtınaya düşür. Bu bədbəxt hadisələr gəmiyə "lənətli" gözü ilə baxmağa səbəb olur. 1868-ci ildə gəmi təmir edildikdən sonra adı dəyişdirilərək "Meri Selest" adlandırılır.

Benjamin Briqs bacarıqlı bir dənizçi idi. “Meri Selest”ə kapitanlıq edirdi. O 1872-ci ilin 2 mayında bu gəmi ilə səfərə çıxan zaman yanında həyat yoldaşı Sara Briqs və qızı Sofia Briqsdən başqa 7 nəfər heyət də var idi.

“Dey Qartia” gəmisinin heyəti 1972-ci ilin 4 dekabrında, saat 13:00-da uzaqda bir gəmi görür. O vaxtlar dənizçilər okeandan çox qorxurdular. Amma gördükləri gəmidə bir qəribəlik var idi. Sanki idarə edilmədən okeanın ortasında sürüklənirdi. “Dey Qartia”nın kapitanı bu gəmiyə yaxınlaşmağa qərar verir. “Meri Selest”i görən dənizçilər çox təəccüblənirlər. Çünki gəminin içində bir nəfər belə yox idi. Böyük okeanın ortasında tapılan sahibsiz gəmi xeyirə işarə deyildi. Gəmidə heç bir münaqişə və qəza izinin olmaması da çox qəribəydi. Gəminin göyərtəsində bir metr dərinliyində suyun toplanmasına baxmayaraq, “Meri Selest” batmamışdı. Gəmi heyətinin ərzağı olduğu kimi qalmışdı. Əgər dəniz quldarlarının hücumu olsaydı, gəmi yağmalanardı. Bəs “Meri Selest” gəmisinin heyəti hara yox çıxmışdı?

“Kabus gəmi”nin əhvalatı insanların marağını çəkirdi. 1872-ci ilin 4 dekabr tarixində gəminin tərk edilməsi haqqında onlarla iddia meydana gəlir. Əhali arasında olan ən əsas fikir isə “Meri Selest”in lənətlənməsi və bu səbəbdən kabus gəmiyə çevrilməsi idi.

Daha ətraflı məlumatı videodan izləyə bilərsiniz:


Müəllif:

Oxşar xəbərlər