1 Mart 2017 08:05
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts deyib ki, “Windows” əməliyyat sistemi və “Mac” kompüterini yaradarkən o və “Apple”ın qurucusu Stiv Cobs bir-birindən xəbərsiz işləyiblər. Onların hər ikisi “Xerox PARC” elmi-tədqiqat mərkəzinin uğurlarına vurğun idilər. Milyarder bu haqda “AMA” (“Ask Me Anything”) sual və cavab sessiyasında məlumat verib.

Teleqraf.com “ICTnews” istinadən xəbər verir ki, Bill Qeyts “Xerox” şirkətinin o vaxtlar ən yaxşı qrafik interfeys yaratdığını etiraf edib. Bu, həm ona, həm də Stiv Cobsa yaxşı kompüter və əməliyyat sisteminin nə demək olduğunu başa düşməyə imkan verib.

Müzakirə zamanı istifadəçilər deyiblər ki, onlardan biri ixtiranı oğurlayıb. Bu halda istifadəçilər ümumi ilham mənbəyinin mövcud olmasından xəbərsiz olduqlarını da nəzərə çatdırıblar. "Biz əqli mülkiyyət hüququnu pozmamışıq. “Xerox” öz ixtirası ilə sadəcə bizə yol göstərdi və bu, “Mac” və “Windows” sistemlərinin yaradılmasına səbəb oldu" – milyarder deyib.

“Microsoft”un həmtəsisçisi, həmçinin deyib ki, kompüterlərin insanlara oxşayacağı ana kimi yaşamaq istəyir. O ümid edir ki, tezliklə texnika oxumağı və informasiyanı başa düşməyi öyrənəcək.


Müəllif:

Oxşar xəbərlər