28 Mart 2017 00:44
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Helsinki məhkəməsi milyarder Antti İlmari Arnio Vixurini cərimələyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, milyarder avtomobilini idarə etdiyi zaman piyadaya yol verməməkdə ittiham olunub.

Qərara əsasən, Vixuri 77808 avro cərimə ödəməli olub. Məlumatlara görə, hadisə 2016-cı ilin martın 5-də baş verib. Piyada milyarderi məhkəməyə verib.

Qeyd edək ki, Vixurinin varidatı ümumilikdə 1,7 milyard dəyərindədir.

Elvin


Müəllif:

Oxşar xəbərlər