31 Mart 2017 00:15
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Northemton şəhər sakini 47 yaşlı Debora Birn 21 yaşlı qızı Broqan Uorrenin ölüm xəbərini feysbukdan alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Broqanın sosial şəbəkə hesabına çox sayda başsağlığı şərhlərinin gəldiyini görən qadın polisə müraciət edib.

Polis gənc qızın gecə saatlarında dəhşətli qəzada öldüyünü təsdiqləyib. Məlumatlara görə, qəza Oksfordşir bölgəsində Broqan və 3 dostu Bristoldakı festivaldan qayıtdıqları zaman baş verib. Hadisənin səbəbləri məlum deyil. Qəza zamanı atomobildə olan 4 nəfər həlak olub.

Elvin


Müəllif: