7 Avqust 2014 16:47
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakının Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə ümumilikdə 176 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşələr (dərzi, toxucu, xalçaçı, aşbaz, kompyuter istifadəçisi, bərbər və s.) üzrə peşə hazırlığı kurslarına qəbul edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, onlardan artıq kursları uğurla bitirən 54 nəfərinə sertifikat, 11 nəfərinə arayış verilib. Qeyd olunan dövrdə ƏƏSMN tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən əlilliyi olan şəxslərin sayı isə 80 nəfər olub. Həmin şəxslərdən 60 nəfərini gözdən əlilliyi olan insanlar təşkil edib ki, onlara brayl sistemi üzrə təlim aparılmaqla peşələr öyrədilib. Peşə hazırlığı kurslarına cəlb olunan əlilliyi olan şəxslərin əksəriyyəti gənclərdən ibarət olub.

Qurumun məşğulluq xidməti orqanları peşə hazırlığı kurslarını bitirən əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə qısa müddətdə məşğulluqlarının təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.

Naibə


Müəllif:

Oxşar xəbərlər