Seks və ya еantrik adlanan yoqada qadın və kişinin cinsi münasibətləri insan həyatının tamamlayıcı bir parçası kimi anlaşılır. Tantrik yoqa adət etdiyiniz seks, yoqa və meditasiya arasında bir məfhumdur.
Tanrik seksin özəlliyi ondan ibarətdır ki, partnyorlar ancaq bir-birinin heyvani hisslərini təmin etməklə və ya seks naminə seklə məşğul olmurlar. Onlar bir-birlərindən həzz almalı və tələsməməlidirlər. Yoqanın fəlsəfəsində sevgi, şəfqət, hörmət və digər xüsusiyyətlər əsas götürülür. Tantra yoqa insanın cinsi həyatı ilə maraqlanan yeganə yoqa növüdür. Hindlilərə görə, onun 8 əsas istiqaməti vardır:
Smarnanam: düşüncənin seksə cəmlənməsinə izn vermək
Kirtanam: bir başqasıyla seks haqqında danışmaq
Keli: qarşı cinsə partyorluq etmək
Prekshenam: flirt etmək
Guhyabhashanam: qarşı cinslə səmimi söhbət
Sarrtkalpa: sevişmək arzusu
Adhyavasayam: özünü ona vermek üçün qərar vermək
Kriyanishpatti: fiziki birləşmə
Tantra yoqa və ya seks yoqa bütün bu mərhələləri keçib, özünüzdə gizlənən gücü açığa çıxarmağı və bədəninizi istifadə etməyi öyrədir.
Yeri gəmişkən, demək lazımdır ki, seks yoqaya görə seksdə orqazm vacib deyil. Daha doğrusu, fiziki orqazm deyil, mənən orqazm keçirilməsi önəmlidir.
Ülkər