5 Oktyabr 2014 16:19
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris avtosalonu rəsmi açılışı öncəsi Volkswagen avtomobil konserni Volkswagen Group Night adlı möhtəşəm tədbir keçirib və həmin tədbirdə Parisə gətirdiyi bütün yeni modelləri nümayiş etdirib.

Onalrın arasında Volkswagen XL Sport concept bütün avtomobil həvəskarları, jurnalistlər və ekspertlər üçün əsl sürpriz olub.


Volkswagen XL Sport concept sanki göydən düşmüş kimi gözlənilmədən peyda olub. İndiyədək bu unikal idman konsepti haqqında heç nə məlum deyildi.


Unikal Volkswagen XL Sport concept iki silindrli V2 Ducati 1199 Superleggera mühərriki ilə təchiz edilib. Motosikllərdə istifadə edilən bu mühərrik 200 a.g. hasil edə bilir. Avtomobilin sürət göstəriciləri belədir: 0-100 km/saat – 5,7 saniyə; maksimal – 270 km/saat./milli.az/



Müəllif: