Dostları məşhur aktrisa Pelin Karahana sürpriz ediblər.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən son rol aldığı “Möhtəşəm Yüz İl” serialı ilə ekranlara gələn aktrisa ötən gün 30 yaşını qeyd edib.
Ana olmaq üçün gün sayan Karahan dostlarının təşkil etdiyi ad günü sürprizi qarşısında təəccübünü gizlədə bilməyib.
Aktrisanın həyat yoldaşı Bedri Güntay sosial mediada paylaşdığı fotonun altına “Həyatın gerçəkləri içində var olan ən gözəl şey sənsən. Yaxşı ki varsan. Yaxşı ki doğuldun, canım həyatım” şərhini yazıb.
Gec saatlara qədər davam edən partiyə çox sayda məşhur simalar da qatılıb.
Rüstəm