13 Oktyabr 2014 07:43
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar Mobile” mobil operatoru Asan İmza” mobil elektron xidmətinin coğrafiyasını daha da genişləndirib.

Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, abonentlər Şirvan, Mingəçevir, Quba, Siyəzən, Xaçmaz, Bərdə, Gəncə, Biləsuvar, Şəki, İmişli, Ağcabədi, Kürdəmir, Lənkəran, Masallı, Zaqatala, Tovuz, Cəlilabad və Şamaxıda, eləcə də Bakı şəhəri, Şərifzadə küçəsi, 39 ünvanda yerləşən “ASAN Xidmət-3” mərkəzində bu xidmətə qoşula bilirlər.

Qeyd edək ki, “Asan İmza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayət edir.

Əlavə məlumatı www.narmobile.azwww.asanimza.az saytlarında əldə etmək mümkündür.


Müəllif:

Oxşar xəbərlər