Amerikada kişilər arasında qeyri-adi yarışma keçirilib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda "17-ci Hündür Daban Yarışması" təşkil edilib. Maraqlı məqam isə qadınların deyil, kişilərin dikdaban ayaqqabılarla yarışması olub.
Ənənə halına gəlmiş yarışmada bu il də minlərlə vaşinqtonlu iştirak edib.
Kişilərin vərdiş etmədikləri dikdaban ayaqqabılar və paltarlarla 317 metr getməyə çalışması maraqlı görüntülərin meydana gəlməsinə səbəb olub.
Teleqraf.com həmin maraqlı fotoları təqdim edir :
Rüstəm