11 Noyabr 2014 22:27
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində ilk dəfə eynicinslilərin nikahı olub.


Teleqraf.com “Hüriyyet”ə istinadən xəbər verir ki, İrina Şumilova və Alena Fursova adlı qadınlar ağ gəlinlikdə nikah masasına əyləşiblər. Bu hadisə rusiyalı deputatlar tərəfindən tənqidlə qarşılanıb. Buna görə ZAQS idarəsi günahlandırılsa da, nikahı bağlayan şəxslər aldadıldıqlarını deyib.

Belə ki, onların sözlərinə görə, İ.Şumilova evlənmək üçün müraciət edəndə kişi libası geyinib və onun şəxsiyyət vəsiqəsində də kişi olduğu yazıldığından bu işdə heç bir problem görməyiblər. Lakin idarənin əməkdaşları mərasim zamanı cütlüyün hər ikisinin gəlinlik geyindiyini görüb və aldadıldıqlarını başa düşüblər. Qanunvericilikdə də toya geyinilən paltarlarla bağlı heç bir maddə olmadığı üçün nikahı bağlamalı olublar.

Qeyd edək ki, İrina Şumilova daha əvvəl kişi olsa da, sonradan cinsiyyətini dəyişib.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər