13 Noyabr 2014 19:43
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinorejissorlar və sevgililər yaxşı bilirlər ki, əlverişli mühit nə dərəcədə əhəmiyyətlidir.

Teleqraf.com elle.ru-ya istinadən romantik məzuniyyətə köklənməyi asanlaşdıran ölkələrin siyahısını tərtib edib.

Paris

Paris dünyanın ən məşhur şəhərlərindən biridir. Statistikaya görə, hər il bu şəhəri rekord sayda turist ziyarət edir. Məşhur atalar sözündə deyildiyi kimi milyonlarla insan səhv edə bilməz. Turistlər buraya ətirli qəhvə ilə dadlı kruassan, təmiz havada və rahat restoranda midye yemək, ağ çaxır içmək üçün gəlirlər. Əlbəttə ki, məşhur kabarelərdə gecə şoularını seyr etmək, əla alış-veriş etmək, şəhərin xüsusi musiqisi Fransanın paytaxtını dünyanın ən qəşəng şəhərlərindən birinə çevirir.

Venesiya

Ekoloqlar İtaliyanın bu gözəl şəhərinin su altına gedəcəyi haqda proqnozlar verirlər, milyonlar turist isə artıq neçə yüz ildir ki, Venesiyaya gedir. Turistlər bir neçə yüz il öncə şəhərdə belə gözəllik yaradıldığına təəccüblənməkdən yorulmurlar. Suda tikilən şəhər indiyə qədər ən müəmmalı və son dərəcə romantik şəhər sayılır. Tipik italyan ləzzətlərindən yemək, musiqi, şərab, alış-verişdən başqa Venesiya orta əsrlərin inanılmaz atmosferi ilə insanı başdan çıxarır. Qondolada( kayutası olan Venetsiya qayığı) gəzinti sevgili cütlüklər üçün həyatda ən romantik və yaddaqalan olacaq.

Maldiv adaları

Maldiv adaları Hind okeanının sahillərində yerləşən yüzlərlə adalardır. Onların hər biri özündə əsl vahəni və dəbdəbəni birləşdirir. 1 otel = 1 ada konsepsiyası ən unikal təəssürat yaratmağa kömək edir... Kilometrlərlə ağappaq çimərliklər, mavi su, özəl hovuz və sakit personal, mükəmməl şərait, ən romantik masalar, qızılgüllər, soyuq şampan... Maldivdə romantik anlar yaşamaq istəyənlər üçün hər şərait mövcuddur.

Türkiyədə Kəpənək vadisi

Fethiye kurortunun qayalığındakı şəlaləli buxta fantastik gözəlliyi ilə insanı heyran edir. Burada izdihamlı çimərliklərdə, böyük otellərdə hər cür rahatlıq təmin edilir. Bura tamam başqa, gözəl və bilinməyən Türkiyədir. Burada sevgililəri rahat otellərdə istirahət, rəngli kəpənəklər, şəhərin yerli qoruğunda romantik tətil gözləyir.

Santorini

Vulkanik yunan adası nəinki unikal təbiət landşaftıdır, həmçinin memarlıq nümunəsidir. Adadakı bütün evlər eyni üslubda inşa edilib: Ağ fasad və mavi günbəz. Dik qayaya oxşayan adaya limandan qalxmaq lazımdır. Buradan Aralıq dənizinə çox maraqlı, cəlbedici mənzərə açılır. Əbəs yerə demirlər ki, bura Günəşin batmasını və çıxmasını izləmək üçün ən gözəl nöqtədir.

Verona

Şekspirin məhəbbət haqqında şah əsəri Veronaya milyonlarla turisti cəlb edir: Romeo və Cülyettanın vətəni, İtaliyanın ən gözəl şəhərlərindən biri olan Verona daş körpüləri, qədimi qapıları, orta əsr sarayları ilə zəngindir. Yerli kafedə dadlı, yerli qırmızı şərab içmək tövsiyə edilir.

Hesab edilir ki, Kapulettinin evinin balkonunun altında öpüşmək xoşbəxt ailə həyatının təminatıdır.

Rüstəm


Müəllif: