Hər birimiz bizi axmaqlaşdıran virus daşıyıcısı ola, bizi səfehləşdirən virusa yoluxmuş ola bilərik. Teleqraf.com-un məlumatına görə, yeni başlanan araşdırmalar insanların beynini kütləşdirən infeksiyaya yoluxma ehtimalı olduğunu ortaya çıxarıb.
Yosunlarda rastlanan xloro virus ATCV-1 adlanan bu virus insanların boğazında məskən salır.Virus daşıyıcısı insanlar intellekt testlərində həmişə aşağı nəticə göstərir, davranışlarında dəyişiklik, səfehlik hiss olunur.
Virus eyni zamanda yaddaş, fəza xəbərdarlığı, emosiya və zövqə də təsir edir.Alimlər bu virusun insan bədəninə necə yoluxduğunu hələ də müəyyən etməyiblər.