NASA Marsda milyonlarla il əvvəl su ilə dolu bir göl olduğunu sübut edən sahələr aşkara çıxarıb.
Teleqraf.com-un məlumatına görə, NASA-nın Marsdakı "Curiosity" adlı kəşf texnikası göl izlərinin şəkilini çəkib. Marsa göndərildiyindən bəri cəmi 8 km irəliləyən texnikanın çəkdiyi fotolar ABŞ-in Kaliforniya Texnologiya İnstitutuna göndərilib.
Kaliforniya Texnologiya İnstitutundan isə bildirilib:
"Marsda maili yerlər tapmaq sürpriz olub. Və texnikanın göndərilməsi bir çox sirləri açacaq. Marsda bu böyüklükdə bir göl izinin olması həyat ehtimalı olduğuna işarədir. Həmçinin suyun dəldiyi qaya yığınları da aşkarlanıb".