24 Dekabr 2014 10:18
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda mobil telefonların IMEI-kodlarını qeydiyyata alan strukturların sayı azaldılıb.

Teleqraf.com xəbər verir ki, daha əvvəl mobil qurğunun kodunu poçt şəbəkəsində, mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərində, mobil riteyldə qeydiyyatdan keçirmək mümkün idisə, hazırda bunu "Azərpoçt" və "Nano Electronics" mağazaları şəbəkələrində etmək olar. Bundan başqa, mobil qurğunu "Elektron hökumət" (e-gov.az) portalı və imei.az saytının köməyi ilə qeydiyyatdan keçirmək mümkündür.

Qeyd edək ki, şəxsi istifadə üçün gətirilən mobil qurğunun IMEI-kodunun qeydiyyatının qiyməti 5 manat, kommersiya satışı üçün isə 0,2 manatdır.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər