Çinli Li Çing-Yuenin 256 yaşında öldüyü iddia edilir. Teleqraf.com xəbər verir ki, bu iddia dünyanın ən məşhur jurnallarından biri olan Time jurnalında gündəmə gətirilib. Jurnal Yuenin 256 yaşına qədər yaşamasının sirrinin "İt-Göyərçin-Tısbağa" üçbucağında gizli olduğunu yazıb.
Bitki araşdırmacısı ve eyni zamanda əlbəyaxa döyüş ustası olan Li Çinq Yuen 1736-ci ildə doğulduğunu iddia etsə də sənədlərdə onun 1677-ci ildə dünyaya gəldiyi görünür.1933-cü ildə öldüyü bilinən Yuein hər iki doğum tarixi nəzərə alındıqda dünyanın ən uzun yaşayan insanı olaraq tarixdə yerini alıb.
1677-ci ildə doğulduğunu nəzərə aldıqda Yuen 197 yaşında, 1736-ci ildə doğulduğunu nəzər aldıqda isə 256 yaşında öldüyü görünür.
Li Çinq Yuenin 1677-ci ildə Çinin Szeçuan kəndində doğulduğu bildirilir.Həyatının böyük hissəsini dağda bitkilər yığaraq və uzun yaşamağın sirrlərini araşdıraraq keçirən Yuen 1748-ci ildə 71 yaşında Çin ordusuna əlbəyaxa döyüş müəllimi olaraq girir.Uzun müddət Çin ordusuna taktika olaraq da dərs verən Yuenin ordudan ayrıldıqdan 1 il sonra öldüyü qeyd olunur.
Usta Liyə uzun yaşamağın sirrləri soruşulduqda o belə cavab verirmiş:
-Təmiz bir qəlbin olsun
-Tısbağa kimi otur
-Göyərçin kimi hərəkət et
-Bir it kimi yat
/istiqamet.com/