Astronomlar dünyaya ən çox bənzəyən planeti tapiblar.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, NASA kosmik teleskopu Kepler ilə müəyyən etdiyi “Günəş sistemi xaricindəki” planetlərdən yalnız üçündə həyat şəraiti müşahidə edilib.
Bu planetlərə Kepler 438b, Kepler 442b və Kepler 440b adları verilib.
Onlar arasında Dünyaya ən çox bənzəyənin Kepler 438b olduğu bildirilib.
Kepler 438b yer kürəsindən 12 faiz daha genişdir. Bundan əlavə planet ulduzuna daha yaxın məsafədə dövr etməsi səbəbi ilə Dünya ilə müqayisə 40 faiz daha çox işıqlıdır.
ABŞ-ın Kaliforniya ştatındakı araşdırma mərkəzi alimi Duq Koldvel Kepler 438b-nin səthinin daha isti olduğunu bildirib.
Yerdən 475 işıq ili uzaqda olan planetin hansı maddələrdən təşkil oldunduğu da məlum deyil.
BBC-yə açıqlamasında Koldvell “Kəşf etdiyimiz planetlərdə tərkibi haqqında dəqiq bir şey bilmirik. Bildiyimiz tək yalnızca planetin ölçüləri və öz ulduzlarından enerji almalarıdır" söyləyib.
Rüstəm