9 Yanvar 2015 22:17
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonşu qadını nərdivanda zorla öpən kişi məhkəmə tərəfindən 2,5 il həbs cəzasına məhkum edilib.

Teleqraf.com-un "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə Türkiyənin Ərzurum vilayətində baş verib.

17 illik qonşu olan və adları çəkilməyən şəxslərin məhkəməsi ilk dəfə 2009-cu ildə keçirilib. O zaman hakim 8,4 il həbs cəzası vermişdi. Lakin müdafiə tərəfinin şikayəti üzrə yuxarı instansiyalı məhkəmə qərarı dəyişib.

Qeyd edək ki, öpülən 45 yaşlı qadının 3, öpən 57 yaşlı kişinin 5 uşağı var.


Müəllif:

Oxşar xəbərlər