Fransanın “Soleyla Domes” şirkəti fırlanan "UNO" evlərin (Uçan naməlum obyekt) layihəsini verib. Layihənin müəllifi olan arxitektor Patrik Orijinin evi doğrudan da uçan obyektləri xatırladır.
Teleqrafşcom xarici saytlara istinadla xəbər verir ki, evin əsasında damda quraşdırılmış günəş panellərinin enerjisi hesabına fırlanan kiçik mexaniki qurğu dayanır.
UNO-evlər sferik formada olmaqla taxtadan düzəldilib, oda davamlıdır və ekoloji cəhətdən təmizdir.
Evlər həmçinin 5 ballıq küləyə və 8 ballıq zəlzələyə də dözür.
Sakinlərin istəklərinə uyğun olaraq evlərini gündən və ya kölgədən gizlədə bilmək üçün fırlanan qurğunu hərəkətə gətirmələri kifayətdir.
Mütəxəssislər bu layihəni gələcəyin evi adlandırırlar.